"Azovstal"dan 20 mülki şəxs təxliyə edilib

GÜNDƏM 30 apr 2022, 22:51
Mariupolda Rusiya atəşi nəticəsində dağıdılan “Azovstal” metallurgiya zavodundan 20 mülki şəxs, qadın və uşaq təxliyə edilib.

Demokrat.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Azov alayının komandirinin müavini Svyatoslav Palamar (Kalina) videomüraciətində bildirib .

"Saat 19.40-a olan məlumata görə, dağıntılar altından xilas edilmiş 20 mülki vətəndaşı razılaşdırılmış yerə köçürdük. Onlar qadın və uşaqlardır. Və ümid edirik ki, bu insanlar razılaşdırılmış istiqamətdə, yəni Zaporojyaya, nəzarət edilən əraziyə gedəcəklər".

Onun sözlərinə görə, ruslar  bütün gecə zavodun ərazisini atəşə tutub, yeni dağıntılara və blokadalara səbəb olub. 

Palamar bildirib ki, Azov alayının qoşunları xilasetmə əməliyyatını davam etdirir, mülki vətəndaşları, qocaları, qadınları və uşaqları kəndirlə dağıntılar altından çıxarır. Ukraynalı döyüşçülər bütün mülki şəxslərin təxliyə ediləcəyinə ümid edirlər.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top