Ermənistan ölkədə kütləvi iğtişaşlar təhlükəsi elan etdi

REGİON 30 apr 2022, 16:31
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) müxalifət partiyalarının etirazları fonunda respublikada kütləvi iğtişaşlar təhlükəsi barədə məlumat yayıb.

Bu barədə Ermənistan MTX-nin mətbuat xidmətinin ölkə vətəndaşlarına ünvanladığı bəyanatda deyilir.

“MTX məlumat verir ki, hazırda Ermənistanda kütləvi iğtişaşların təşkili və keçirilməsi ilə bağlı real təhlükə mövcuddur. Bununla əlaqədar olaraq, vətəndaşları mümkün təxribatlara uymamağa, yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirməyə, nifrət və düşmənçiliyin qızışdırılması, həmçinin zorakılığa təhrik kimi yolverilməz hərəkətlərdən çəkinməyə çağırırıq”, - bəyanatda qeyd olunub.

Xatırladaq ki, aprelin 25-dən etibarən Ermənistanda müxalifətin genişmiqyaslı etiraz aksiyaları keçirilir. Nümayişlərdə ölkənin ikinci prezidenti olmuş Robert Koçaryanın “Ermənistan” blokunun, Respublikaçılar Partiyasının və Artur Vanesyanın “Şərəfim var”parlament blokunun tərəfdarları iştirak edirlər.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top