Füzulidə şəhid ailələri üçün iftar süfrəsi açıldı — FOTOLAR

SOSİAL 30 apr 2022, 10:27
Füzuli rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə müdəqqəs Ramazan  Bayramı ərəfəsində şəhid ailələri üçün iftar süfrəsi təşkil olundu.  

Demokrat.az xəbər verir ki, tədbirdə şəhid ailələri, rayon rəhbərliyi, rayonun hüquq –mühafizə orqanlarının rəhbərləri, YAP Füzuli rayon təşkilatının sədri və dindarlar  iştirak edirdi.
     
İftar süfrəsində şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik  sükutla yad edildi, “Qurani-Kərim”dən ayələr oxundu, müqəddəs Ramazan ayının fəzilətlərindən bəhs edildi, şəhidlərimizin  ruhuna dualar oxundu.

Görüşdə çıxış edən RİH başçısı Alı Alıyev artıq iki ildir ki, Azərbaycanın   müqəddəs Ramazan bayramını qalib ölkə olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd etdiyini bildirdi. Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı  Ordumuzun tarixi torpaqlarımızı düşmən işğalından azad etməsini və tarixi ədaləti bərqərar etməsini  hər bir azərbaycanlının fəxr, qürur mənbəyi olduğunu diqqətə çatdırdı.

Alı Alıyev sevincini yaşadığımız Qələbəni bizlərə qanları ilə bəxş edən şəhidlərimizin, sağlamlıqlarını bu yolda qoyan qazilərimizin hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı ilə əhatə olunduqlarını bir daha vurğuladı.

Sonda Alı Alıyev görüş iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik etdi.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri  göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.



Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top