İlham Əliyev: “Ümid edirəm ki, Qarabağda yaşayan ermənilər bunu tezliklə başa düşəcəklər”

QARABAĞ 29 apr 2022, 12:57
“Azərbaycan Qarabağda yaşayan ermənilərin vətəndaşlığını nəzərə alır. Ümid edirəm ki, onlar bunu tezliklə başa düşəcəklər”.

Demokrat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetindən keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib.

İlham Əliyev deyib ki, Azərbaycanda erməni azlıqlar da daxil olmaqla bütün etnik qruplar sülh içərisində yaşayırlar.

“Bizim pis niyyətimiz yoxdur. Biz sülh və öz ərazi bütövlüyümüzün tanınmasını istəyirik. Azərbaycanda yaşayış səviyyəsi Ermənistandakından çox üstündür. Biz hələ Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan ermənilərin vəziyyətini qeyd etmirik”, - deyə İlham Əliyev əlavə edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top