Hadisə yerinə gedən Kəmaləddin Heydərov Sumqayıtdakı yanğından DANIŞDI

GÜNDƏM 29 apr 2022, 01:30
"Yanğınla bağlı məlumat saat 17:26-da daxil olub".

Demokrat.az xəbər verir ki, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Sumqayıt şəhərində yanğın baş verən ərazidə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, doqquz dəqiqədən sonra ilk yanğınsöndürmə maşınları cəlb olunub:

“Yanğının ciddiliyi nəzərə alınaraq ən yüksək dərəcəli yanğısöndürmə tapşırığı verilmişdi. 35 yanğınsöndürmə avtomobili cəlb olunmuşdu. Daha sonra isə 2 helikopter. Onlar hava qaralana qədər burada işlədilər. Bilirsiniz ki, axşam olanda helikopterlə çalışa bilmirlər”.

Nazir bildirib ki, ilkin ehtimala görə, yanğın sahəsinin kənarında kardon tullantılar olub və yanğının oradan başladığı ehtimal edilir:

“Məhzənin özünün kameralarında bu var”.

O qeyd edib ki, xəsarət alan və ya yanğından zəhərlənən olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top