"Rusiya məqsədlərinə nail ola bilməyəcək" — Bayden

GÜNDƏM 28 apr 2022, 21:46
"Rusiya Ukraynaya genişmiqyaslı müdaxilə zamanı qarşıya qoyduğu məqsədlərə nail ola bilməyəcək".

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Ukraynanın Rusiya təcavüzündən müdafiəsi ilə bağlı yeni çıxışı zamanı deyib:

"Rusiya çıxılmaz vəziyyətdədir. Onlar anlayırlar ki, məqsədlərinə çata bilməyəcəklər. Məncə, bu, uğursuzluğun təzahürüdür. Uğursuzluqları üçün bəhanə axtarırlar”, - deyə Bayden bildirib.

Kremlin təbliğatçıları dəfələrlə Rusiya Federasiyasının NATO ilə mübarizə apardığını iddia ediblər. Oxşar bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov da verib:

“NATO faktiki olaraq Rusiya ilə vasitəçilər vasitəsilə müharibə aparır və bu vasitəçiləri silahlandırır”. 

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top