Xırdalan şəhidlərinin mövlud günləri qeyd olundu — FOTOLAR

SOSİAL 27 apr 2022, 12:44
Abşeron rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən şəhid Abbasov Səxavət Rizvan oğlunun və “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid Mehdiyev Rəşad Rəhman oğlunun mövlud günləri qeyd edilmişdir.

Demokrat.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər Xırdalan şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün igidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuş, məzarları üzərinə tər çiçəklər düzülmüşdür.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsində şəhidlərimizin keçdiyi döyüş yolundan danışılmış, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilmiş, məktəblilərin vətənpərvərliyə və qələbəyə aid səsləndirdiyi şeirlər dinlənilmişdir.

Daha sonra tədbirlər Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Burada Abşeron məktəblilərinin və incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunmuş, onların həyat və fəaliyyətlərindən söz açılmışdır.

Abdin Fərzəliyev şəhid ailələri ilə görüşmüş, onların problermləri və qayğıları ilə maraqlanmışdır. RİH başçısı Abşeron rayonunda şəhid ailələrinə bundan sonra da daimi olaraq diqqət və qayğının göstəriləcəyini qeyd etmişdir.

Şəhid ailələri də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top