"Quterreş Rusiyaya səfəri zamanı bu məsələni qaldırmalıdır"

GÜNDƏM 24 apr 2022, 21:10
"Birləşmiş Millətlər Təşkilatı rus qoşunları tərəfindən bloklanan Mariupoldan humanitar dəhlizin təhlükəsizliyini təmin etməlidir".

Demokrat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirin müavini İrina Vereşçuk məlumat verib:

" Pasxa bayramı,aprelin 24-də Mariupoldan humanitar dəhliz açmaq mümkün olmayıb. Rusiya atəşkəs rejiminə zəmanəti təsdiqləməyib. BMT-nin baş katibi Antonio Quterreş Rusiyaya səfəri zamanı bu məsələni qaldırmalıdır. Biz artıq BMT-dən tələb edirik ki, atəşkəs təmin edilsin və həm Azovstal, həm də bütövlükdə Mariupoldan humanitar dəhliz açılsın. Hazırda Azovstalda 1000 qadın və uşaq, üstəlik 500, bəlkə də daha çox yaralı var, 50-yə yaxın insanın təcili yardıma ehtiyacı var.Cənab Quterreş Moskvada sülhdən danışacaqsa, məhz bu haqda danışmalıdır. Bütün digər razılaşmaların heç bir çəkisi olmayacaq, çünki BMT-nin edə biləcəyi və başqalarının edə bilməyəcəyi ən mühüm şey humanitar dəhlizin açılmasıdır".

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top