“WhatsApp”a yeni funksiya əlavə edildi

İKT 24 apr 2022, 09:46
"iPhone" smartfonları üçün "WhatsApp" messencerinin son versiyasında yeni funksiya əlavə edilib.

Demokrat.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "9to5Mac" portalı məlumat yayıb.

Bildirilib ki, artıq səsli qrup zənglərində eyni vaxtda 32-dək istifadəçi iştirak edə bilər.

Qeyd olunub ki, bu imkan iOS-un 22.8.80 versiyasında mümkündür. Yeniləmə həmçinin tətbiqin təkmilləşdirilmiş interfeysini də əhatə edir.

Jurnalistlərin məlumatına görə, bu versiyaya yeni məxfilik parametri əlavə edilib. Belə ki, fotolarda "ürək" işarəsi ilə qeyd olunan sevimli media fayllara girişi bloklamaq imkanı yaradılıb. Portal vurğulayıb ki, messencerin öncəki təkmilləşdirmələrində olduğu kimi, bu funksiyaların bütün istifadəçilər üçün əlçatan olması bir həftə çəkə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top