Əməkdar artist: “Müğənnilik mənlik deyil”

İNCƏSƏNƏT 23 apr 2022, 13:03
Əməkdar artist Sənubər İsgəndərli ifaçılıq fəaliyyətinə davam etməməsinin səbəbini açıqlayıb. 

S.İsgəndərli bu barədə MTV telekanalının “10-da görüşək” verilişində qonaq olarkən danışıb. O, bu sahədə peşəkar olmadığını bildirib: 

“Bir sahəyə sahib olmaq istəyirsənsə, onu mükəmməl bilməlisən. Axsadınsa, onu nə üçün davam etdirəsən ki? Mənim aləmimdə müğənni canlı konsertlər verməlidir. Onun böyük komandası, iş birliyi, prodüseri olmalıdır. Bunları düşündükcə başa düşdüm ki, müğənnilik mənlik deyil”.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top