Zelenski hərbi yolla Mariupolun blokadadan çıxarılmasına icazə verdi

GÜNDƏM 21 apr 2022, 20:07
"Ruslar tərəfindən bloklanan Mariupoldan mülki vətəndaşları və əsgərləri azad etməyin iki yolu var : hərbi və diplomatik. Birincinin həyata keçirilməsi üçün silahların tədarükü də daxil olmaqla tərəfdaşların köməyi lazımdır"

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bunu  Ukrayna Prezidenti  Volodimir Zelenski Kiyevdə İspaniya və Danimarka baş nazirləri ilə keçirdiyi brifinqdə deyib:

"Hərbi yol var. Biz buna hazırlaşmalıyıq, güclü olmağa hazırlaşırıq və burada bizim tərəfdaşlarımızın köməyinə ehtiyacımız var. Bu, bizim üçün çətindir".

Diplomatik məsələyə gəlincə, Zelenski bildirib ki, bu yolla insanları daha rahat xilas etmək olar  və Ukrayna artıq bir neçə variant təklif edib, ancaq Rusiya bu təkliflərlə razılaşmır".

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top