Deputat: “Pensiya yaşının azaldılmasına gərək yoxdur, azərbaycanlılar uzunömürlüdür” — VİDEO

GÜNDƏM 20 apr 2022, 10:01
“Pensiya yaşının azaldılmasına bir gərək yoxdur. Bu gündəmdə deyil və olmayacaq”.

Bunu Milli Məclisin deputatı Musa Quliyev “ARB24” televiziyasının efirində çıxışı zamanı deyib.

“Dünyada, ümumiyyətlə, insanların orta ömrü (yaşı) artır. Azərbaycanda da orta ömür artıq 77-nin üzərindədir. Yəqin ki, yaxın gələcəkdə də bizim insanlarımızın orta ömrü artacaq”, – deyə deputat bildirib.

M.Quliyev eyni zamanda qeyd edib ki, pensiyaların artırılması ilə bağlı müzakirələr gedir: “Bu, həm inflyasiyaya, həm də orta aylıq əmək haqqına bağlı olan məsələdir. Bu il ölkədə orta aylıq əmək haqqının 807 manata qaldırılması nəzərdə tutulur. Yəqin ki, gələn ildən bununla bağlı pensiyaların artırılması gündəmdə olacaq”.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top