Rusiyanın ən iri desant gəmilərindən birinin komandiri öldürüldü

GÜNDƏM 18 apr 2022, 21:47

Rusiyanın Qara dəniz donanmasına məxsus ən iri desant gəmilərindən biri olan “Sezar Kunikov”un komandiri, üçüncü dərəcəli kapitan Aleksandr Çirva Ukraynada müharibə zamanı ölüb.

Bu barədə Sevastopol vilayətinin qubernatoru Mixail Razvojaev teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, A.Çirva döyüşlər zamanı gəminin ekipaj üzvlərinin həyatını xilas etməyə nail olsa da, özü ağır yaralanıb. Komandir aprelin 18-də Sevastopolda dəfn edilib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri martın 29-da Berdyansk limanında Rusiyaya məxsus "Saratov" desant gəmisini məhv edib. Həmin vaxt daha iki iri desant gəmisi - “Novoçerkassk” və “Sezar Kunikov”un da zədələndiyi bildirilirdi. Məhz A.Çirvanın da həmin vaxt ağır yaralandığı ehtimal olunur.

Xatırladaq ki, A.Çirva Sevastopol şəhərində anadan olub. O, 2015 və 2016-cı illərdə Suriya döyüşlərində də iştirak edib./"Report"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top