Rusiya ordusu Xarkovu atəşə tutdu — 2 ölü, 18 yaralı var

GÜNDƏM 17 aprel 2022, 10:07
Son gündə Rusiyanın Xarkov vilayətini atəşə tutması nəticəsində 11 yanğın hadisəsi baş verib.

Demokrat.az
bu barədə “Ukrainska Pravda”ya istinadən xəbər verir.

Dəhşətli yanğınların birində 2 nəfərin həyatına son qoyub, 18 nəfər yaralanıb.
 
Aprelin 16-dan 17-dək Dövlət Fövqəladə Hallar Xidmətinin Xarkov qarnizonunun xilasediciləri tərəfindən 31 əməliyyat çıxışı həyata keçirilib. Hadisələrdən 11-i Rusiya ordusunun atəşi nəticəsində əmələ gələn yanğınların söndürülməsinə yönəlib.
 
Yanğınların ən böyüyü Xarkov Sənaye Məhəlləsindəki müəssisələrdən birində qeydə alınıb. Təxminən 6000 kvadratmetr sahədə taxta altlıqlar və plastik qablar yanıb. Fövqəladə Hallar Nazirliyinin 12 bölməsi yanğını söndürüb.

Yanğınsöndürənlər şirkətin məhsullarının əhəmiyyətli hissəsini xilas etməklə yanaşı, alovun yaxınlıqdakı obyektlərə keçməsinin qarşısını ala biliblər.
 
Həmçinin, Xarkov şəhərinin Osnovyanski rayonunda inzibati binada yanğın baş verib. Yanğın sahəsi 1500 kv.m-ə qədər olub, tikili və 9 avtomobil yanıb. 

İlkin məlumata görə, 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

Yanğın yerində 10 ədəd yanğın-xilasetmə texnikası və 50-yə qədər xilasedici çalışıb.

Bundan başqa, Dövlət Fövqəladə Hallar Xidmətinin pirotexniki bölmələri tərəfindən gün ərzində 50-dək döyüş sursatı və digər partlayıcı əşyalar zərərsizləşdirilib.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top