"Rusiya hərbçilərimizi məhv edərsə, gələcək sülh danışıqları qeyri-mümkün olacaq"

GÜNDƏM 16 apr 2022, 19:53
"Əgər Rusiya Federasiyası Mariupolu müdafiə edən Ukrayna hərbçilərini məhv edərsə, o zaman gələcək sülh danışıqları qeyri-mümkün olacaq"

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Ukrainska Pravda” portalına müsahibəsində deyib .

"Bizim hərbçilərimizin məhv edilməsi bütün danışıqlara son qoyacaq. Rusiya Federasiyası ilə Mariupolla bağlı danışıqlar davam edir, baxmayaraq ki, artıq danışıqlar aparan tərəflərə etimad yoxdur. Ukrayna yaralıları, qadınları və uşaqları götürmək üçün atəşkəs istəyir, lakin bu, Rusiyanın iradəsindən asılıdır. Xalqımıza təslim olmağı təklif edirlər. Bizim hərbçilərimizə başqa cür yanaşırlar. Siz də bunu çox yaxşı bilirsiniz"

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top