ABŞ: “Azərbaycan və Ermənistana sülhə nail olmaq üçün kömək etməyə hazırıq”

XARİCİ SİYASƏT 15 apr 2022, 08:30
"Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyə doğru inkişafa sadiq qalırıq. Azərbaycan və Ermənistana sülhə nail olmaq üçün kömək etməyə hazırıq".

Demokrat.az xəbər verir ki, bunları ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O, qeyd edib ki, ABŞ aprelin 6-da Brüsseldə Ermənistan və Azərbaycan rəhbərləri arasında görüşü, o cümlədən sülh danışıqlarına hazırlığın müsbət dinamikası və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılmasını alqışlayıb.

Dövlət katibinin (Entoni Blinkenin) bir gün əvvəl, aprelin 5-də iki liderlə danışıqlar zamanı vurğuladığı kimi, biz Ermənistan və Azərbaycan arasında gələcək sülh danışıqlarının təşviqinə davam edirik”, - diplomat bildirib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top