Ukraynadakı müharibə 2 milyarda yaxın insanı ac qoya bilər

REGİON 14 apr 2022, 10:40
Ukraynadakı müharibə səbəbindən 1,7 milyard insan aclıqla üzləşmək təhlükəsi ilə qarşı-qarşıyadır. Onların üçdə biri isə artıq yoxsulluq şəraitində yaşayır.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı BMT öz tviter hesabında paylaşıb.

Məlumata görə, bir neçə yoxsul dövlət də daxil olmaqla, 36 ölkə idxal etdiyi taxılın yarıdan çoxunu Rusiya və Ukraynadan əldə edir.

“Bu səbəbdən də, müharibənin təsiri qlobal və sistemli xarakter daşıyır”, - deyə məlumatda qeyd olunub.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top