Xırdalanda “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirildi — FOTOLAR

SOSİAL 14 apr 2022, 09:09
Abşeron Rayon İcra Hakimiyyətinin və rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Xırdalan şəhərində fəaliyyət göstərən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə baş tutan tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, rayon Polis İdarəsinin rəis müavini Elçin Rəcəbov, Polis İdarəsinin İTS-nin YYÇPİTQ-nin inspektoru polis mayoru Elbrus Əhmədov, Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Təhsil Şöbəsinin müdir əvəzi Pərviz Əhmədov, kollecin direktoru Səhər Orucova və kollecin müəllim və tələbə kollektivi iştirak edib.

Demokrat.az xəbər verir ki, çıxışında rayon icra hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bildirib ki, Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakteri deyil, davamlı siyasətdir və daima ölkə rəhbərinin diqqətindədir. 
    
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclər siyasəti onların milli inkişafa fəal cəlb edilməsi, inkişaf üçün ümumi məqsədləri olan çərçivənin təmin edilməsi ilə yanaşı, dövlət və gənclər arasında koordinasiya ruhunun təşviq edilməsindən ibarətdir. Dövlət başçısının gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğı respublikamızda gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Bu siyasətin nəticəsində ölkəmizdə gənc nəsil milli vətənpərvərlik ruhunda yetişir, öz fəaliyyətlərində Azərbaycançılıq ideologiyasını, dövlətçiliyi üstün tuturlar. Məhz bu tərbiyəni alan gənclərimiz 44 günlük Vətən Müharibəsi zamanı silaha sarılaraq vətənimizin keşiyinə qalxıb və 30 il işğalda olan torpaqlarımızı mənfur düşməndən azad ediblər. 

Sonra mövzu ətrafında çıxış edən natiqlər narkomaniyanın cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biri olduğunu və bu öldürücü maddənin pəncəsindən necə yaxa qurtarmağın yollarını vurğulyıblar. 
    
Yekunda tələbələrin ünvanladığı suallar ətraflı cavablandırılıb və “Nakomaniyaya yox deyək” adlı video çarx nümayiş etdirilib. 



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top