“Bu gün işğaldan azad olunmuş ərazilərimizdə bərpa, yenidənqurma işlərinin genişləndirilməsi və intensiv şəkildə infrastrukturun formalaşdırılması prioritet məsələlərdəndir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Vüqar Bayramov deyib. Deputat Qarabağın yenidən qurulması proqramının icrası üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 2,2 milyard manat təşkil etdiyini vurğuladı:
“2021/2022-ci illin dövlət büdcəsindən bu istiqamətə 4,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Artıq həmin vəsaitin yarıdan çoxu infrastrukturun formalaşmasına, eləcə də Ağalı kəndinin qurulmasına yönəldilib. Eyni zamanda, bu ildə də işğaldan azad olunmuş ərazilərimizin yenidənqurma və bərpası, o cümlədən yeni yaşayış məntəqələrinin salınması prosesi davam edəcək. Xatırladım ki, bu gün intensiv şəkildə işğaldan azad olunmuş ərazilərimiz müasir standartlara uyğun olaraq qurulmaqdadır. Bu da təbii ki, məskunlaşmanın gözlənildiyindən daha tez reallaşmasına gətirib çıxaracaq”.
Millət vəkili Böyük Qayıdışla bağlı məskunlaşma prosesinə bu ildən başlanılacağını diqqətə çatdırdı: “Hətta, 2022-ci il Böyük Qayıdışın başlanğıcı ili kimi qiymətləndirilir. Çünki 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinə məcburi köçkünlərin ilk qayıdışı prosesi baş tutacaq. Qeyd edim ki, artıq bu ərazilərdə ümumi infrastruktur şəbəkəsinin formalaşması prosesi də başa çatır. Bütün bunları isə Azərbaycan öz daxili mənbələri hesabına, yəni hər hansı xarici yardım olmadan edir”.
Aynurə
Demokrat.az