Elektron siqaretlər üçün idxal gömrük rüsumu müəyyənləşdi

GÜNDƏM 12 apr 2022, 18:33

Azərbaycana idxal olunan elektron siqaretlər və analoji fərdi elektrik buxarlandırıcı qurğular üçün gömrük rüsumu müəyyənləşib.

Demokrat.az
-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, elektron siqaretlər və analoji fərdi elektrik buxarlandırıcı qurğuların hər ədədi üçün 5 faiz idxal gömrük rüsumu müəyyənləşib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Qeyd edək ki, Nazirlər Kabineti 14 mart tarixli qərarı ilə aprelin 14-də birdəfəlik istifadə üçün elektron siqaretin hər ədədinə 15 % gömrük rüsumu tətbiq ediləcək.


Arzu
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top