Zelenski: "Biz silah, maliyyə tələb edirik"

GÜNDƏM 09 apr 2022, 20:51
Ukrayna Prezidenti Zelenski  dünyanı Ukraynaya kömək etməyə və Rusiyanı sülh bağlamaq üçün məcbur etməyə çağırıb.

Demokrat.az
UNİAN-a istinadən bildirir ki, o, ingilis dilində etdiyi müraciətdə deyib:

"Ukrayna cəsarəti demokratik dünyanı birləşdirib. Ukrayna   Rusiya təyyarələrindən, kütləvi raket zərbələrindən qorxmadı. Ukraynanın cəsarəti Rusiyaya onilliklər ərzində görmədiyi zərər vurub, baxmayaraq ki, o, daim müharibə şəraitindədir. Başqa ölkələrdə milyonlarla insan bizim cəsarətimizi görür. Tarix bizim cəsarətimizi əbədi olaraq, xatırlayacaq. Amma mən istəyirəm ki, Ukrayna cəsarəti dünyada hamı üçün əlçatan olsun".

O vurğulayıb ki, dünya Rusiyanı sülhə məcbur etmək, rus hərbçilərini və onların komandirlərini ukraynalılara qarşı törədilən bütün cinayətlərə görə cavab vermək üçün  hər şeyi etməlidir:

"Bizə bütün Rusiya banklarına qarşı sanksiyalar,  Rusiyaya qarşı neft embarqosu,  Ukraynaya  yardım göstərmək lazımdır. Biz silah, maliyyə tələb edirik. Demokratik dünyanın kömək etmək gücü var. Ukrayna cəsarəti hörmətə layiqdir.  Azadlıq və cəsarətlə Ukrayna ilə qalın",  Zelenski çağırış edib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top