Səfir Buça faciəsini Xocalı ilə müqayisə etdi

XARİCİ SİYASƏT 07 aprel 2022, 15:52
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Buça faciəsini Xocalı qırğını ilə müqayisə edib.

Demokrat.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində yazıb. 

“1992-ci ilin Xocalı faciəsindən 2022-ci il Buça qırğınınadək 30 il ötüb. Vaxt keçir, amma dəst-xətt dəyişməzdir...”, - V.Kanevski qeyd edib. 

Xatırladaq ki, Ukraynanın Kiyev əyalətində bu günlərdə Rusiya işğalçılarından azad edilmiş Buça şəhərində işğal dövründə öldürülmüş dinc sakinlərin azı 320 nəfər olduğu bildirilir.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top