Politoloq: “Brüssel görüşü sülh razılaşması istiqamətində pozitiv görüş ola bilər”

GÜNDƏM 06 apr 2022, 12:50
“Bu gün Brüsseldə keçiriləcək görüşdən müsbət nəticələrin əldə olunacağını gözləmirəm. Ancaq bu görüş sülhə aparacaq münasibətlər sistemində müəyyən həlledici bir dönüş ola bilər”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert vurğulayıb ki, bu prosesdə ABŞ-ın da maraqlı olduğu görünür: 

“Bilirik ki, Azərbaycan tərəfinin konkret tələbləri var. Görünür, bu prosesdə ABŞ da maraqlıdır.



ABŞ katibi Blinkenin hər iki tərəfə zəngi, Avropa İttifaqının vasitəçiliyi hesab edirəm ki, sülhə əldə olunmasını tezləşdirə bilər. Prosesin uzanması Qərbin maraqlarına cavab vermir, Rusiya maraqlarına xidmət edir. Ona görə də, Qərb tərəfi bu görüşdə müsbət nəticələrin əldə olunmasında maraqldıır”. 

“Artıq ABŞ da, Avropa İttifaqı da yaxşı bilir ki, proses ləngiyə bilər. Çünki Ermənistan tərəfi əsassız iddialar irəli sürür və bu iddialar da ümumiyyətlə regional, yeni bir nizamın formalaşmasının qarşısını alır. Bu da təbii ki, Vaşinqtonun və Avropanın maraqlarına ziddir. Hesab edirəm ki, Azərbaycanın ədalətli mövqeyi, beynəlxalq hüquq baxımından Ermənistana verdiyi 5 təməl prinsip mütləq sülhün əldə edilməsi istiqamətində mühüm addımdır. Düşünürəm ki, bu görüş sülh razılaşması istiqamətində müəyyən pozitiv görüş ola bilər. Hesab edirəm ki, bu proses həlledici mərhələyə daxil olur,”- deyə politoloq əlavə edib.

Aynurə Pənahqızı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top