Ermənistan Zəngəzur dəhlizi üçün maliyyə mənbəyi tapa bilmir

REGİON 02 apr 2022, 12:11
“Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası layihəsinin maliyyə mənbəyi hələ müəyyən edilməyib”.

Bu barədə “Sputnik Armeniya” Ermənistanın Ərazilərin İnkişafı və İnfrastruktur Nazirliyinə istinadən xəbər yayıb.  

Daha öncə həmin nazirlik sözügedən dəmir yolunun Ermənistan ərazisində bərpa olunmasına 226 milyon dollar tələb olunacağını açıqlamışdı.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirmişdi ki, ölkəsi Azərbaycanla təkcə dəmir yolu deyil, həm də avtomobil əlaqəsi açmağa hazırdır. O qeyd etmişdi ki, Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə əldə etdiyi razılaşmalar əsasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasına hazırlıq üzrə işçi qrupu yaradılıb.

Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın fevralda verdiyi açıqlamaya görə isə “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti (Rusiya Dəmir Yollarının törəmə müəssisəsi) Azərbaycan və Ermənistan ərazilərini birləşdirəcək dəmir yolunun operatoru olacaqdı.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top