Rusiyalı deputat Azərbaycanı "İsgəndər" raketi ilə hədələdi

GÜNDƏM 01 apr 2022, 21:15

"Əgər kimlərsə Rusiyanın gücsüz olduğunu düşünürsə, o zaman onlara  "Kalibr" və "İsgəndər"lərlə cavab veriləcək".

Bu barədə Rusiya Dövlət Dumasının üzvü, siyasətçi Aleksandr Şerin "Realist" xəbər agentliyinə müsahibəsində deyib. 

"Fürsətdən istifadə edən bəzi dövlətlər hiyləgərcəsinə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır. Bəzi dövlətlər həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər. Bununla bağlı həm Yaponiyadan, həm də Azərbaycan tərəfindən müəyyən iddialar səsləndirilir. 

Deputat bildirib ki, Rusiyanın müxtəlif istiqamətlərində ölkəsinin tam təhlükəsizliyini təmin etmək üçün bütün qüvvə və vasitələri var. Əgər kimsə bizim döyüş effektivliyimizin Ukrayndan zəif olduğunu iddia edirsə, qeyd edim ki, bizim ən güclü silah növlərimiz hələ istifadə olunmayıb. Yəqin ki, hamı hiss edib ki, Rusiya rəhbərliyi tərəfindən heç kim blef edilməyəcək, danışmaq vaxtı keçib. Əgər kimsə, bizim güclü və zəif tərəflərimizi hiss etməyə çalışırsa, o zaman onlara "Kalibr" və "İsgəndər"lərlə cavab veriləcək. Buna görə də, bu bəyanatlar yalnız Rusiyaya təzyiq etmək şansı olmayan bu ölkələrin daxili seçiciləri üçün edilir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top