Aprel qələbəsindən 6 il ötür

QARABAĞ 01 apr 2022, 10:27
Bu gün Azərbaycan ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbədən 6 il ötür.

Demokrat.az xəbər verir ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində Azərbaycanın bütün sərhədyanı mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalıb.

Düşmən hərəkətlərinin qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi əməliyyat şəraitini qiymətləndirərək təxirəsalınmaz cavab tədbirləri görmək qərarına gəlib.

Nəticədə dörd günlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Goranboy rayonu və Naftalan şəhəri üçün təhlükə yarada bilən Talış kəndi yaxınlığındakı yüksəklikləri, həmçinin Seysulan məntəqəsini azad edib. 

Füzuli rayonu istiqamətində yerləşən və geniş əraziyə nəzarət etməyə imkan verən Lələ Təpə strateji yüksəkliyi nəzarətə götürülüb. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Suqovuşan istiqamətində avtomobil yollarına nəzarəti təmin edib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top