Vışqorod azad olundu

GÜNDƏM 31 mar 2022, 23:25

“Kiyev vilayətinin Vışqorod qəsəbəsi artıq Ukrayna hərbçilərinin nəzarətindədir, hazırda Ukrayna Silahlı Qüvvələri bir çox sahələrdə mühüm uğurlar əldə edib və hücum əməliyyatlarını davam etdirir”.

Demokrat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu brifinqdə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini Aleksandr Qruzeviç deyib.

“Yaxın gələcəkdə, dediyim kimi, çox yaxşı xəbərlərimiz olacaq. Düşünürəm ki, bir-iki günə biz əla mənzərəni görəcəyik və uğurlarımızı inkişaf etdirməyə davam edəcəyik”, - Qruzeviç vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top