Ombudsman Fərrux kəndində insan qalıqlarının aşkarlanması ilə bağlı məlumat yaydı

DAXİLİ SİYASƏT 30 mar 2022, 17:23
Ombudsman Fərrux kəndində insan qalıqlarının aşkarlanması ilə bağlı məlumat yayıb.

Demokrat.az xəbər verir ki, məlumatda deyilir:

"Ermənistanın xalqımıza qarşı əsrlər boyu davam etdirdiyi nifrət siyasəti nəticəsində zaman-zaman on minlərlə dinc insan etnik və dini mənsubiyyətinə görə kütləvi şəkildə, xüsusi amansızlıqla qətlə yetirilib. Ermənistan işğalından azad edilmiş ərazilərimizdə aşkar olunan kütləvi məzarlıqlar bu cür halları bir daha sübuta yetirir və müharibə cinayətlərinin törədildiyini təsdiq edir.

Bu günlərdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkarlanan insan qalıqlarının da Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aid olduğu ehtimal edilir.

Təəssüflə qeyd etmək lazımdır ki, Birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın azərbaycanlı itkin düşüb. İtkin düşmüş şəxslər haqqında qarşı tərəfin bu günədək hər hansı məlumat verməməsi və azad edilmiş ərazilərdə aşkar olunan insan qalıqları onlardan bəzilərinin amansızcasına qətlə yetirilərək kütləvi məzarlıqlarda basdırıldığını deməyə əsas verir. Aşkar olunmuş kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı soyqırım siyasətini bir daha sübut edir.

Bu baxımdan beynəlxalq ictimaiyyəti azərbaycanlılara qarşı qəsdən törədilmiş sülh və insanlıq əleyinə cinayətlərə, müharibə cinayətlərinə beynəlxalq hüquq normaları əsasında yanaşma və qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq".

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top