Aslan İsmayılov: “Azərbaycanda rus dilli məktəblərin maliyyələşməsi dayandırılmalıdır”

GÜNDƏM 29 mar 2022, 12:30
“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin öz mövqelərini tərk etməməsi barədə bəyanatı Rusiyanın iç üzünü açdı. Artıq dövlət TV-lərində əldəqayırma siyasi və ictimai xadimlərin Azərbaycana qarşı təhdidləri, təhqirləri tirajlanır.  Bəzi debillər Azərbaycanın neft sənayesinin məhv edilməsini təklif edirlər. 

Hakimiyyət təmsilçilərinin susması başadüşüləndir. Ancaq Azərbaycan ictimaiyyəti hər belə təhdidə qarşı öz qəti fikirni ortaya qoymalıdır. Ona görə də Azərbaycan mətbuatı Rusiya təbliğatını diqqətlə izləməli və Azərbaycana qarşı yönəlmiş hər fikri vətəndaşlarımızın diqqətinə çatdırmalıdır. Şəxsən təklif edirəm ki, uzun müddətdir ki, sülhməramlı kimi Qarabağa soxulmuş, sülhməramlı yox, işğalçı siyasəti aparan, özünə kilsə, mədəniyyət evi tikən və mandatına uyğun olmayan digər işləri aparan qoşunlar Azərbaycan ərazisindən çıxarılsınlar”.

Demokrat.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmnayılov bildirib.

A.İsmayılov qeyd edib ki, Azərbaycanda rus dilində dövlət hesabına fəaliyyət göstərən ali təhsil ocaqları və orta məktəblərin maliyyələşməsi dayandırılmalıdır: “Rus dilində təhsil almaq istəyənlər bunu öz maliyyələri hesabına etsinlər. Nəzərə alsaq ki, Rusiya hakimiyyəti rus dilində danışanlara vətəndaşlıq vermək istəyir, bu gün belə təhsil ocaqları Azərbaycan dövləti üçün təhlükədir. Rusiya tarixində ənənələrdən biri də odur ki, hansı ölkəyə soxulmaq istəyəndə həmişə o ərazidə yaşayan rusdilli əhalinin təhlükəsizliyini bəhanə edir. Azərbaycan hakimiyyəti Rusiya ilə qonşuluğu, orada çoxlu sayda vətəndaşlarımızın yaşamasını nəzərə alaraq onunla bağlı qəbul edilmiş sanksiyalara qoşulmur. Ancaq Rusiya hakimiyyəti Azərbaycana qarşı aşağılayıcı siyasətini davam edərsə, ictimaiyyət olaraq hakimiyyətdən tətbiq edilən sanksiyalara qoşulmasını tələb etməliyik”.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top