İmperialistlər hamısı bir bezin qırağıdır...

GÜNDƏM 27 mar 2022, 15:52
Siz elə bilirsiniz ABŞ və Fransa Rusiyadan fərqlidir və ya yaxşıdır? Yox, əsla! Kim elə düşünürsə yanılır.

Bunlar üçü də bir-birinin tayıdır. Bunların vaxtilə (1992-ci ildə) seçilib-sonalanıb ATƏT-in Minsk Qrupuna həmsədr təyin edilməsi və keçmiş "Dağlıq Qarabağ münaqişəsi"nin həllinin bunlara həvalə olunması da heç təsadüf deyildi. Baxın, dünyanın üç ən yaramaz dövlətini irəli verib bizim məsələmizin həll edilməsi üçün yox, məhz münaqişənin ermənilərin xeyrinə dondurulması üçün həmsədr təyin etmişdilər.

Və bu üç yaramaz ölkə bu gün Ukrayna cəbhəsində "barrikada"nın əks cinahlarında yer alsalar da və bir-birilərinə "düşmən" kimi görünsələr də, ancaq Azərbaycanın ərazi bütövlüyünə gələndə isə, bu giyenlər, goreşənlər üçü də dərhal birləşir, eyni mövqedən çıxış edirlər. 

Fransadan və ABŞ-dan mənəvi-siyasi dəstək alan Nikol Paşinyan eyni zamanda həm nifrət etdiyi, həm də dərin hörmət bəslədiyi Vladimir Putinə də ard-arda iki dəfə zəng vurur və ondan irəliləyən Azərbaycan Ordusunun əvvəlki mövqelərə qaytarılması üçün kömək istəyir, xahiş edir ki, "sülhməramlı"lar baş verənləri araşdırsın. Və heç də təəccüblü deyil ki, telefon danışığının sonunda tərəflər (yəni ki, Paşinyan və Putin) bu istiqamətdə səy göstərməklə bağlı razılaşırlar.

Bu biri yandan isə Fransa və ABŞ rəsmiləri də Azərbaycan əsgərinin öz ərazisində, öz mövqeyində kiçik yerdəyişməsinə görə durmadan bəyanat verir. 

Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi üçün az qala bütün dünyanı Rusiyanın üzərinə qaldıran Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyü üçün də eyni çabanı göstərmək əvəzinə, murdar mövqe nümayiş etdirir, ermənilərə qahmar çıxır. 

Bu üç ölkənin hər üçü də şər imperiyasıdır. Rusiya ilə bərabər Fransa və ABŞ da neoimperialist, neomüstəmləkəçilik siyasəti yürüdür. Qədim el məsəlimizdə deyildiyi kimi ilanın ağına da, qarasına da lənət!

Bu imperiyaların hər üçü də dağılmadıqca dünya rahatlıq nədir bilməyəcək. 

P.S. Baydenin Ukrayna XİN-in başçısı Dmitri Kuleba ilə bugünkü görüşdə "Ukraynada baş verənlər XXI əsri dəyişdirəcək" fikrini səsləndirməsi də heç də təsadüfi deyil...

Bəybala Mirzəyev
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top