“Son iki yüz ilə baxsaq, görərik ki, Azərbaycana qarşı ancaq işğallar, parçalamalar, davamlı təhdidlər olub. Buna görə də, biz bir növ tikanlar ölkəsi olmalıyıq. Yəni, bizim hər bir fərdimizin başlı-başına özünü müdafiə edəbilmə qabiliyyətli olmalıdır”.
Bu fikirləri Demokrat.az-a hərbi ekspert Ruslan İmamquliyev deyib. Ekspert qeyd edib ki, bu cür yetişmiş fərdlər gələcəkdə hərb sənətinə yiyələnərkən, daha mükəmməl hərbiçi, zabitlər, gizirlər, əsgərlər olaraq düşmənə meydan oxuyacaqlar:
“Biz davamlı işğallara məruz qalmış bir ölkəyik. Baxmayaraq ki, torpaqlarımızı işğaldan azad etmişik, ərazilərimizdə hələ də erməni tayfalarının tör-töküntüləri terrorizmlə məşğuldurlar. Hətta, bunların əleyhinə tədbirlər görə bilmək, silahlı qüvvələrlə yanaşı bilikli olaraq yetişdirilmiş gənclər sayəsində bu proseslər daha sürətlə gedəcək. Biz deyirik ərazilərin minalardan təmizlənməsi, ancaq minalardan təmizlənməklə yanaşı ona qarşı görülən tədbirlərdə də bilikli olmaq önəmlidir. Sadəcə bildiyimiz klassik minanı qoyaq kənara. Bizim ərazilərimiz canlı minalarla hal-hazırda doludur. Canlı minalar dedikdə, söhbət bizim tarixi torpaqlarımızda - Qərbi Azərbaycanımıza yerləşdirilmiş və süni şəkildə dövlət olmaq istəyən “Ermənistan”dan gedir. Onun bizim ərazilərimizdə dövlət qurmaq iddiası heç kəsə sirr deyil. Təbii ki, belə olan halda biz həm orta məktəblərdə, həm də ali məktəblərdə daha ciddi şəkildə bu dərslərə yanaşmalıyıq. Çünki bizim təhlükəsizlik konseptimiz bunu tələb edir. Azərbaycan bir çox həmsərhəd olan ölkələrə dostu olaraq yanaşsa da, biz davamlı olaraq dost dediklərimizin bizə qarşı məkirli siyasətinin də şahidi olmuşuq, hətta düşməncə yanaşmasını, ikili standartlarını da görmüşük. Çox zaman onlar qəsdən qıcıqlandırıcı addımlar da atıblar. Hazırda bizim işğaldan azad olunmuş ərazilərimizdə sülhməramlı qüvvələr adı altında bu cür fəaliyyətlərini yürüdən Rusiya silahlı qüvvələrinin davranışlarını da görməkdəyik”.
“Göründüyü kimi, keçmişimizdən bugünə kimi biz daima risk, təhdid altında olmuşuq. Belə olan halda təbii ki, ordu quruculuğuna və silahlı qüvvələrin bütün əli silah tutan qurumlarının davamlı inkişaf etdirilməsinə xüsusi diqqətlə yanaşılmalıdır. Təbii ki, bu cür qurumların tələbləri doğrultusunda yüksək standartlarda müdavimlərin seçilməsinin də təməlində orta məktəblərdə və ali məktəblərdə hərb işi ilə bağlı keçirilən dərslərin keyfiyyətindən bir o qədər də asılıdır. Bu dərslərin proqram olaraq tərkibinin doğru standartlarda müəyyənləşdirilməsi, dərsləri tədris edən müəllim heyətinin hərbi bilikləri ilə yanaşı pedaqoji qabiliyyətlilik imtahanlarından keçirilməsi və vaxtaşırı yoxlanılması çox önəmlidir. Bundan başqa, hərbi dərslərin keçirilməsində praktiki qabiliyyətlilik mütləqdir və bu cür dərslərin keçirilməsi çox əhəmiyyətlidir. Təbii ki, bu şəkildə dərslərin keçirilə bilməsi üçün də gərəkli əlavə təchizatlarla təmin olunmasına da diqqət yetirilməlidir. Ümumiyyətlə, təhsil ocaqlarında keçirilən hərbi dərslərin keyfiyyəti və buna ayrılan diqqət incələnsə və baxılsa düşünürəm ki, çox daha inkişaf etdirməmiz gərəkən məqamlarımızın olduğunu görərik”, - deyə hərbi ekspert əlavə edib.
Aynurə Pənahqızı
Demokrat.az