Qırğızıstan-Tacikistan sərhədində atışma

DÜNYA 27 yan 2022, 20:30
Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib.

Demokrat.az 
xəbər verir ki, bu barədə Qırğızıstanın sərhəd xidməti məlumat yayıb.
 
Məlumatda qeyd olunur ki, Tacikistan tərəfi sərhədçilərə minaatan və qumbaraatanlardan atəş açıb.
 
Bundan əvvəl Qırğızıstan tərəfi Tacikistan sərhədçilərinin Batken-İsfana yolunun bir hissəsini bağlaması barədə məlumat vermişdi.
 
Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir. Sovet İttifaqının dağılmasından sonra iki ölkənin sərhədində mübahisəli ərazilər qalıb. Demarkasiya və delimitasiya ilə bağlı danışıqlar prosesi üzrə komissiya və işçi qrupların 200-ə qədər iclası keçirilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top