Sahil Babayev həbs edilə bilər — Min nəfərin imzasıyla Prezidentə müraciət edildi

GÜNDƏM 27 yan 2022, 18:10
Ölkə mediasında və sosial şəbəkələrdə  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və nazirliyin struktrularındakı  korrupsiya əməlləri  barədə xəbərlər artmaqdadır. Ancaq irimiqyaslı faktlar ortada olsa nə nazir, nə də onun işçiləri məsuliyyətə cəlb olunub.
 
Sfera.az  xəbər verir ki, Sahil Babayevin barəsində cinayət işinin başlanması üçün ölkədə imzatoplama kampaniyası keçirilib. Bu barədə Gununsesi.info-ya açıqlama verən ictimai fəal Bəxtiyar Hacıyev bildirib ki, 1000 nəfərin imzasıyla Prezidentə, Baş Prokurora və DTX rəisinə rəsmi şikayət göndərilib: "Sahil Babayevin 160+ milyonluq dövlət satınalmaları, bir binanı 27 milyon manata təmir etməsi və s. şübhəli məqamlar barədə 1000 nəfərin imzası ilə şikayət göndərildi. Xahiş etmişik ki, bu əməllərdə qanun pozuntuları olub-olmaması araşdırılsın. Tarix üçün biz vətəndaş olaraq öz müraciətimizi etdik. Onların cavablarını gözləyək”.
 
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Demokrat.az-a açıqlamasında bildirib ki, yayılan xəbərlər barədə heç bir məlumata sahib deyil. 

Aynurə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top