Türkiyə hərbçiləri Azərbaycan komandolarına təlim keçir — FOTOLAR

HƏRBİ 26 yan 2022, 16:05
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda fəaliyyət göstərən hərbi qrupunun komandanlığı Azərbaycan Ordusunun Quru Qoşunlarının komandolarına təlim keçir.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, təlim proqramı yanvarın 17-də başlayıb və 30-dək davam edəcək. Bildirilib ki, təlimlər sərt relyef və hava şəraitində keçirilir.

Qeyd edək ki, keçirilən təlimin əsas məqsədi Azərbaycan Ordusunun Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top