“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlandı

DAXİLİ SİYASƏT 25 yanvar 2022, 17:10
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov komitənin bu gün 2022-ci ilin yaz sessiyasında onlayn formatda keçirilən ilk iclasında deyib.

O bildirib ki, bu sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi, habelə komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulunun, ərizə və şikayətlərlə işin təşkili nəzərdə tutulub. İş planına “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin daxil edildiyini deyən komitə sədri sənədin yüksək səviyyədə hazırlandığını, müvafiq dövlət qurumlarından müsbət rəylərin verildiyini bildirib.

Komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.

Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 14:48
12 iyul 2025, 13:38
Top