Mart-aprel aylarında keçiriləcək imtahanların tarixləri açıqlandı

SOSİAL 24 yan 2022, 17:08

Dövlət İmtahan Mərkəzi mart və aprel aylarında tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının birinci mərhələsi, dövlət qulluğuna (A və B növü) qəbul imtahanı və digər imtahanların keçirilməsi nəzərdə tutulur.

Demokrat.az 
xəbər verir ki, imtahanların qrafiki ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Digər aylarda keçiriləcək imtahanların tarixləri, həmçinin 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının rayonlar üzrə qrafiki müəyyən olunan kimi ictimaiyyətə məlumat veriləcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top