Hamilə qadın dəm qazından boğularaq öldü

SOSİAL 23 yan 2022, 19:15

Biləsuvar rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Hadisə rayonun Səmədabad kəndində baş verib.

Belə ki, 2003-ci il təvəllüdlü Əliyeva Rəmsudə Süleyman qızı yaşadıqları mənzildə hamamda çimərkən dəm qazından boğularaq, dünyasını dəyişib.

Qeyd edək ki, R.Əliyeva  bir il öncə Saatlı rayonuna gəlin köçüb. O, atasıgilə qonaq gəlibmiş, bir neçə ay sonra ana olacaqdı. /qafqazinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top