Ehtiyatda olan hərbçilər təlimə toplandı — VİDEO

HƏRBİ 23 yan 2022, 10:35
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə N nömrəli hərbi hissədə keçirilən təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən "Demokrat.az"a verilən məlumata görə, toplanışda xüsusi təyinatlı qrupların döyüşdə müxtəlif üsullarla yerdəyişmə fəaliyyətləri nümayiş etdirilib.

Toplanış zamanı iştirakçılara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir.

Təlim toplanışı yanvarın 29-dək davam edəcək.
 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top