Gürcüstanın milli aviaşirkəti satışa çıxarıldı

REGİON 17 yan 2022, 23:21

Gürcüstanın "Georgian Airways" aviaşirkəti 150 milyon dollara satışa çıxarılıb.

Bu addım şirkətin müflis olması səbəbindən atılır. 

Məlum olub ki, şirkətin 16 min sərnişinə və onlarla başqa şirkətə 176 milyon lari (56,8 milyon dollar) borcu var. Məhkəmə Gürcüstanın aviadaşıyıcısının iflas/reabilitasiya prosedurlarına başlanması barədə qərar qəbul edib.
Məhkəmə qərarında deyilir ki, aviaşirkətin maliyyə böhranına koronavirus və sərhədlərin bağlanması səbəb olub və şirkət öz öhdəliklərini yerinə yetirə bilmir.

Həmçinin məhkəmə qərarında deyilir ki, “Georgian Airways” rəhbərliyinin şirkətin sağlamlaşdırılması layihəsi var. Xüsusilə, şirkət gəlirli istiqamətlərə uçuşlarını davam etdirmək niyyətindədir ki, bu da onun fəaliyyətinə zəmanət verəcək.

Gürcüstan qanunlarına görə, xarici investor yerli aviaşirkətin 49%-dən çoxuna sahib ola bilməz.
“Airzena” 1993-cü ilin sentyabrında yaradılıb və 1999-cu ildə Gürcüstanın milli aviadaşıyıcısı olub. 2004-cü ilin avqustunda “Airzena” adı “Georgian Airways”ə dəyişdirilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top