Bakıda obyekt icarəsi bahalaşdı — VİDEO

SOSİAL 17 yan 2022, 08:56
Ticarət obyektlərinin icarə haqları bahalaşıb.

Demokrat.az xəbər verir ki, son bir il ərzində qiymətlər 30 faizə qədər artıb.

Əmlakçıların sözlərinə görə, bahalaşmanın bir neçə səbəbi var. Ən başlıca səbəb isə son dövrlər ticarət obyektlərinə artan tələbatdır.

İcarə qiymətləri isə daha çox obyektin yeni və ya köhnə tikilidə olmasına görə fərqlənir.

Hazırda daha çox artım mərkəzdə olan obyektlərdədir.

Əmlakçılar həmçinin onu da bildirir ki, son dövrlər qiymət artımına görə icarədarla icarəyə götürən arasında imzalanan müqaviləyə xüsusi müddəalar əlavə edilir.

Qeyd edək ki, icarəyə götürülən obyektlər 3 fərqli istiqamət üçün - ticarət, ofis və restoran kimi istifadə olunur.



Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top