Vətən Müharibəsi şəhidi çavuş Vüsal Cəfərovun məzarı ziyarət olundu — FOTO

SOSİAL 16 yan 2022, 13:56
16 yanvar Vətən Müharibəsi şəhidi çavuş Vüsal Şəfi oğlu Cəfərovun cənnətdə doğum günüdür. 

Demokrat.az
xəbər verir ki, bu münasibətlə Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları, 60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatı Fəzail Ağamalının köməkçisi, Salyan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi qaziləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid valideynləri Xalac  kəndində şəhidin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar. 

Daha sonra Xalac kənd qəbiristanlığında şəhid Vüsal Cəfərovun məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. 
Bir 8 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 9 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 13 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 7 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 8 nəfər, ayaqüstə duran insanlar, hərbi forma və açıq hava şəkili ola bilər
Bir 9 nəfər, ayaqüstə duran insanlar, açıq hava və abidə şəkili ola bilər

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top