Venesuela müxalifətinin lideri ölkəsinə qayıtdı — Səfirlərin müşayiətilə

DÜNYA 04 mar 2019, 23:58

Venesuela müxalifətinin lideri Xuan Quaido öz “Twitter” səhifəsində Venesuelaya qayıtdığını elan edib.


Demokrat.az xəbər verir ki, o hazırda öz sevimli torpağında olduğunu bildirib.


Quaidonun sözlərinə görə, o, hava limanından Karakasa getmək niyyətindədir.


“Infobae” portalının yazdığına görə, onu Fransa, Almaniya, Rumıniya, Niderland, Argentina və Braziliya səfirləri müşayiət ediblər.


Daha əvvəl Quaido martın 4-də Venesuelaya qayıdacağını bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top