Ermənilərin Azərbaycana qarşı növbəti təxribatının qarşısı alındı

HADİSƏ 04 mar 2019, 21:33

Estoniyada keçirilən kitab sərgisində Ermənistanın həyata keçirmək istədiyi növbəti təxribatın qarşısı Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən alınıb.

 

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Estoniyanın Milli Kitabxanasında keçirilən kitab sərgisində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən yalanla dolu kitablar və xəritələr səfirliyimizin, eyni zamanda, Estoniyadakı Azərbaycan diasporunun nümayəndələrinin səyləri nəticəsində müsadirə edilib. Ermənistanı təmsil edən nümayəndələr bu əməllərinə görə üzrxahlıq ediblər.

 

Həmin sərgidə Azərbaycan və türk müəlliflərinin qondarma “erməni soyqırımı”nı ifşa edən kitabları da nümayiş etdirilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top