Ronaldolu “Yuventus”u Madriddə məğlub etdilər

İDMAN 21 fev 2019, 09:29

UEFA Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına yekun vurulub.


Demokrat.az xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə “Atletiko” İtaliya çempionu “Yuventus”u məğlub edib.


Uruqvaylı mərkəz müdafiəçiləri – Xose Ximenez və Dyeqo Qodinin qolları İspaniya klubuna 2:0 qələbə qazandırıb.


Bununla da Kriştyanu Ronaldonun vaxtı ilə oynadığı Madridə qayıdışı uğursuz alınıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top