Maduro: "Venesuelada dövlət çevrilişi cəhdi uğursuzluğa düçar olub"

DÜNYA 03 fev 2019, 09:25

 "Venesuelada dövlət çevrilişinə cəhd uğursuz olub".

 

"Report" "EuropaPress"ə istinadən xəbər verir ki, bu barədə Karakasda mitinqdə çıxış edən Venesuela prezidenti Nikolas Maduro bildirib.

 

Maduro həmçinin çıxışında Venesuelada böhranın həlli ilə bağlı müxalifətin humanitar yardım haqqında təkliflərini də şərh edib.

 

"(Məsələlərin-red) Həllərini axtarmaq vaxtı çatıb. Venesuela yoxsul ölkə deyil. Bizə heç kimdən kömək lazım deyil", - deyə o bildirib.

 

Bu gün Venesuelada Maduro tərəfdarlarının yürüşü olub.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top