"MedEra Hospital"da burun-dodaq əməliyyatı etdirən xanım həkimlər tərəfindən bu vəziyyətə salındığını iddia edir — VİDEO - FOTOLAR

HADİSƏ 26 noy 2018, 12:37

"MedEra Hospital"da burun-dodaq əməliyyatı etdirən xanım Evelina Nadir qızı Şükürova səhhətində yaranan problemlərlə əlaqədar redaksiyamıza müraciət edib. 


Demokrat.Az xəbər verir ki, Evelina Nadir qızı Şükürova müraciətində məşhur "MedEra Hospital"da etdirdiyi əməliyyatların uğursuzluğundan bəhs edir.


Şikayətçi onu əməliyyat edən "MedEra Hospital"ın direktoru və lor həkimi Qəhrəman Qəhrəmanovdan narazılığını bildirib:


Vətəndaş Evelina Şükürovanın müraciətini təqdim edirik:


"Mən 2016-cı ildə burun və dodaq əməliyyatları üçün "MedEra Hospital"ın direktoru Qəhrəman Qəhrəmanovaya müraciət etmişəm. Əməliyyatlar üçün hospitalın kassasına ödəniş etməmişəm, qəbzsiz olaraq ödədiyim 2500 manat məbləğin yarı hissəsini həkim otağında, digər yarı hissəsini isə palatada birbaşa həkimin özünə ödəmişəm. Bundan əlavə, analiz və əməliyyat sonrası dərmanlar ona 200-300 manata başa gəlib. Əməliyyat uğursuz oldu. Xoşuma gəlmədiyi üçün həkim dedi ki, bir müddət gözlə, yerinə oturacaq. Bir il tamamında dodağım da əyri idi, burnum da bərbad vəziyyətdə idi. Burnumdan qan gəlir, çirk gəlirdi, istədiyim formada deyildi". 

 

Image result for medera hospital


Evelina Şükürovanın burun-dodaq əməliyyatı ikinci dəfə birinci əməliyyatdan bir il sonra baş tutur. Bu zaman qaydalara görə uğursuz əməliyyatdan sonra pulsuz olmalı ikinci əməliyyat üçün ödəniş tələb edilib, vətəndaşdan estetik əməliyyat üçün anesteziya və analizlərin pulu adı ilə 500-600 manat alındığı iddia edilir:


"Məni MedEra Hospital"da burun-dodaq əməliyyatı etdirən xanımı bu vəziyyətə saldılar. Burnumdan qan gəlir. Bu əməliyyat da uğursuz olub. Əziyyət çəkirəm, nəfəs ala bilmirəm. Dodaqlarım əyridir, burnumdan qan gəlir, şəkillər də təqdim edəcəyəm. Əməliyyatdan öncə bundan daha yaxşı idi dodağımla burnum, nəinki indi. Dodaqlarımın tikişləri düz qoyulmayıb, geli dodağımdan tam olaraq çıxartmayıb, dodaqlarım əyridir, danışan zaman dartılır. "MedEra Hospital"ın direktoru və onun əməliyyatını aparmış Qəhrəman Qəhrəmanov hazırda "Həyat" klinikasında estetik cərrah olaraq fəaliyyət göstərir. Məni əməliyyat edən həkimin sözü bu oldu ki, get hara istəyirsən, müraciət elə, sənin ideal dodağın və burnun var, istəyirsən get əməliyyat elə, xoşuma gəlsə, sənə hörmət eləyərəm". 

"MedEra Hospital"ın direktoru və lor həkimi olmuş Qəhrəman Qəhrəmanovun əməliyyatlarından səhhətində problemlər yaşayan zərərçəkmiş Evelina Şükürova dəymiş zərərin tam ödənilməsini tələb edir:


"Mən dilənçi pulu istəmədim, öz verdiyim pulu ondan istəyirəm. Mən təkrar olaraq üçüncü dəfə yenə də narkoz almalıyam ki, burnum və dodağımı əməliyyat eləyim. Pasiyentin fiziki və psixoloji vəziyyətini nəzərə alaraq həkim ona yardım etmək və yeni əməliyyatla onun durumunu yaxşılaşdırmaq üçün nə əməliyyatı öz üzərinə götürür, nə də ödənilmiş məbləği geri qaytarır. Bunun əvəzində pasiyentə "sən gəzməyin üçün pul tələb edirsən, ona görə məndən pul qopartmaq istəyirsən" deyərək məni haqsız olmaqda ittiham edirlər". 


Evelina Nadir qızı Şükürovanın iddiaları ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimizə cavab verən olmayıb. 

 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top