Rusiyadan Polşa ərazisi ilə Avropaya qaz nəqli dayandırıldı

DÜNYA 26 may 2020, 15:46

Rusiyadan Belarus və Polşa ərazisi ilə təbii qazı Almaniyaya çatdıracaq “Yamal-Avropa” boru kəməri ilə qazın tranziti sıfıra endirilib.


Demokrat.az xəbər verir ki, bu barədə Avropanın qaz kəmərləri operatorları bildirib. 


Məlumata görə, daha əvvəl keçirilmiş hərracdan sonra boru kəmərinin Polşa hissəsinin 3,7%-i doldurulub.


Xatırladaq ki, Rusiya ilə Polşa arasında qazın Qərbə nəqlinə dair razılaşmanın müddəti mayın 17-də başa çatıb. Həmin gündən tədarüklər hərraclar vasitəsilə həyata keçirilir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top