Şahzadə "Nyukasl"a 3 ulduz futbolçunu gətirir — Adlar

İDMAN 27 apr 2020, 11:14

"Nyukasl"ı satın alan Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salman səs-küylü transferlərə hazırlaşır.


Demokrat.az xəbər verir ki, şahzədə Premyer Liqa klubu üçün iddialı heyət formalaşdırmaq üçün böyük transfer büdcəsi ayırıb.


Məhəmməd ibn Salmanın "Nyukasl"a gətirmək istədiyi futbolçular "Real"dan Qaret Beyl, PSJ-dən Edinson Kavani və "Barselona"dan Arturo Vidaldır.


Qeyd edək ki, "Nyukasl"ın transfer siyahısında "Napoli"dən Dris Mertens və "Çelsi"dən Villian da var. Komandanın baş məşqçi postuna isə Maurisio Poçettino və Massimiliano Alleqri əsas namizədlərdir.(offsideplus.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top