Kürdəmirdə də əməliyyat keçirildi

SOSİAL 27 fev 2020, 19:22

Kürdəmir sakinindən külli miqdarda narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

 

Demokrat.az-ın xəbərinə görə, Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rüstəm Fərzi oğlu Rzayev şübhəli şəxs qismində saxlanılıb.

 

R. Rzayevin icarəyə götürərək işlətdiyi Kürdəmir şəhəri, C. Cabbarlı küçəsində yerləşən “Arxın üstü” adlanan çay evində keçirilən axtarış zamanı, 1 ədəd poletilen torbada təmiz çəkisi 24,87 qram olan çətənə bitkisinin toxumları, 1 ədəd siqaret bükümü halına bükülmüş içərisində 0,80 qram narkotik vasitə olan qurudulmuş marixuana, 2 ədəd poletilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 65,008 qram, 10,358 qram; ümumi təmiz çəkisi 75,366 qram narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli tiryək aşkar edilərək götürülüb.

 

Faktla bağlı Kürdəmir RPŞ-nin istintaq bölməsində araşdırma aparılır. (APA)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top