İcra başçısı cərimələndi — Bank hesabı və gəlirlərə görə (FOTO)

DÜNYA 09 yan 2020, 17:37

Gürcüstanın Marneuli rayonunun icra başçısı Zaur Darğallı bəyannaməsində yol verdiyi qeyri-dəqiqliyə görə cərimələnib.


Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Xidmətlər Bürosunun hesabatında bildirilib.

 

Müstəqil komisisyanın apardığı monitorinq zamanı məlum olub ki, Z.Darğallı bəyannaməsində bank hesabı və gəlirlərlə bağlı məlumatlarda səhvlərə yol verib.

 

Azərbaycanlı rayon rəhbəri təqdim etdiyi məlumatlarda qeyri-dəqiqliyə yol verdiyinə görə əməkhaqqısının 20%-i, lakin 500 laridən az olmayan məbləğdə cərimə olunub.

 

Gürcüstanın İctimai Xidmətlər Bürosunun monitorinqi zamanı nazir, deputat, hakim və digər yüksək vəzifəli şəxslərin ötən il üzrə, ümumilikdə, 607 bəyannaməsi yoxlanılıb. (Report)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top